Restoranlar Qalamızdan dahamı vacibdir? "Hər şey siz düşündüyünüz kimi deyil" - FOTO

Cəmiyyət 10:34 25.04.2019

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Kiçik Qala küçəsində Qala divarlarına zərər yetirən tikinti işlərinin aparılması haqqında yayılan məlumatlara aydınlıq gətirib.

 

İdarədən verilən açıqlamada qeyd olunub ki, ötən ilin sonundan etibarən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Kiçik Qala küçəsində, Qala divarları boyunca uzun illər həmin ərazidə yerləşən və abidələrə heç bir zərər yetirməyən kafe-terrasların genişləndirilməsi layihəsi həyata keçirilir.

 

Əlavə edilib ki, layihə işləri qətiyyən tikinti mahiyyəti kəsb etməyərək, sadəcə, şüşə və yüngül metal materialdan ibarət birmərtəbəli şüşəli, qapalı və üzərində açıq yaz-yay kafe-terraslarının yaradılmasını nəzərdə tutur.

 

“Bu üslubda təmir-bərpa işləri Qala divarlarına heç bir zərər vurmamaqla yanaşı, nə İçərişəhərin, nə də Qala divarının dayanıqlığına və görünüşünə xələl gətirir. İstənilən miqyasda konstruksiya işləri həm daxili, həm zahiri baxımdan İçərişəhərin ənənəvi memarlıq üslubuna uyğunlaşdırılır və yalnız İdarə tərəfindən təsdiqləndikdən sonra həyata keçirilir”, - məlumatda qeyd edilib.

 

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi  işçisi məsələylə bağlı qeyd edib ki, “Ən gülməlisi - səhər işə piyada gələrkən Kiçik Qala küçəsində sanki nəyisə axtaran üç gənc gördüm - bir bəy, iki xanım. Əllərində cib telefonları, ərazini gəzib nəyisə axtarırdılar. Yaxınlaşdım, kömək təklif etdim. Telefonlarında mənə dünən geniş yayılan sovetlərin vaxtı zamanı dağıdılmış Bürcün 2011-ci ildə İdarə tərəfindən aparılan bərpası vaxtından (və yeni kimi tirajlanan!) şəkili göstərdilər. Dedim, gəlin sizi həmin ünvana aparım. Gətirdim onları həmin bu 8 il öncə restavrasiya edilmiş Bürcün önünə, baxdılar sifətimə, mən də onlara. Soruşdular ki, şəkildəki dağıntı haradadır - “bu axı həmin ərazi deyil, müəllim”. Sübut etdim - ətrafda olan binaları göstərərək. Susa-susa qaldılar, mən isə bu gözəl fəal gənclərlə vidalaşaraq bugünki gözəl havadan həzz alaraq yolumu davam etdim... Hər şey siz düşündüyünüz kimi deyil, əziz feyk-xəbərçilər. Təxribatlarınız keçməyəcək, bilin”.

Bu iki açıqlama təbii ki, yayılan xəbərlərin və şəkillərin doğru olmadığını və əslində qala ətrafındakı bütün təmir işlərinin qayda-qanun əsasında, tariximizi və Bakımızı qoruyaraq həyata keçirildiyini gözlər önünə sərir. Ancaq bəzi suallar bizi, Bakı sakinlərini narahat etməyə bilməz: "Qalamızın qarşısında restoranlar tikmək bu qədərmi gərəklidir? Restoranlar qalamızdan dahamı vacibdir? Bəli, doğurdan da bu retoranların tikintisi zamanı qala divarlarına heç bir ciddi ziyan dəyməyib. Bəs Qalamızın göz oxşayan mənzərəsinin pozulmasına nə deməli? Bakı ona görə dünyanın sayılıb seçilən və turistlər üçün xüsusi maraq kəsb edən şəhərlərdən biridir ki, bu şəhərdə tarix və və müasirlik iç-içədir.  Qədim abidələrlə zəngin bir çox Avropa şəhərlərində belə abidələrə toxunmaq belə qadağandır. Düşünürəm ki, biz də Bakımızı və tariximizi toxunulmaz qılmalıyıq.

Görüntünün olası içeriği: açık hava

Görüntünün olası içeriği: ayakta duran insanlar, gökyüzü, açık hava ve su

 

Nicat İsmaylov

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Ərdoğan Mark Rutte ilə görüşdü
06:22 27.04.2024
F-16-ları məhv edəcəyik - Juravlyov
05:15 27.04.2024
Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Hamısı