Prezidentin əks-hücum bəyanatı hədəfə dəydi İrəvan təşvişdə

Analitika 09:53 20.05.2018

Prezidentin Naxçıvandan verdiyi son bəyanatlar Ermənistan cəmiyyətinə ayıldıcı təsir göstərəcək və regiondakı mövcud şəraiti daha düzgün qiymətləndirməyə imkan yaradacaq.

Bunu Ermənistanın müdafiə və xarici işlər nazirlərinin gözlənilmədən Naxçıvan istiqamətinə səfər etməsi ilə bağlı danışarkən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Ermənistanın təşvişə düşməsinə əsas var:

“Paşinyan Qarabağa səfəri əsnasında sülhdən danışmaq əvəzinə təhdidedici bəyanatlar verdi. Azərbaycan siyasi rəhbərliyi tərəfindən buna əvvəlcə Xarici İşlər Nazirliyi səviyyəsində cavab verilsə də, daha sərt mövqe ölkə Prezidentinin Naxçıvana səfəri ilə öz əksini tapdı. Prezidentin orada diqqəti ordunun gücünə yönəltməsi ondan xəbər verir ki, Naxçıvanın 70 kilometrliyində yerləşən İrəvan şəhəri və Ermənistanın istənilən məntəqəsi çox asanlıqla və yüksək dəqiqliklə vurula bilər. Hakimiyyətə yenicə gəlmiş Paşinyan işğalçı fikirlər səsləndirərək erməni xalqını populizmlə coşdurmaq istədiyi halda Azərbaycan sakit formada və reallığı əks etdirən faktlara müraciət edərək İrəvanın cavabını verir və Paşinyanın yerinə yetirilməsi mümkünsüz olan şərtlər irəli sürərək danışıqlar prosesini pozmağa yönəlik, militarist açıqlamalarının yolverilməz olduğunu bildirir”.

Politoloq Ermənistan cəmiyyətinin hələ Paşinyanın populist çıxışlarının təsiri altında olduğunu bildirib:

“Ermənilər undurlar ki, qarşıda onları çox ciddi sınaqlar gözləyir. Bu sınaqlar içərisində xüsusi yeri Dağlıq Qarabağ probleminin həlli tutur. Bunun əsasını isə Paşinyanın eyni yetkin fikirləri deyil, başqa arqumentlər təşkil edəcək. Paşinyan vədlər verəndə Azərbaycanın XİN başçısı Cenevrədə həmsədrlərlə görüşərək gələcək sülh danışıqlarının istiqamətlərini və məzmununu müəyyənləşdirirdi. Bütün bunlar onu göstərir ki, Ermənistanda inqilab adı altında baş vermiş proseslərdə eyforiyaya düşmüş insanlar hələ ki, reallığı fantastik dərəcədə qiymətləndirir və imkanlarını həddindən artıq şişirdirlər. Hesab edirəm ki, Prezidentin Naxçıvandan verdiyi bəyanatlar Ermənistan cəmiyyətinə ayıldıcı təsir göstərəcək və regiondakı mövcud şəraiti daha düzgün qiymətləndirməyə imkan yaradacaq. Üstəlik, Rusiyada və rus KİV-lərində Ermənistanı çox ağır formada təhqir edən yazılar fonunda Azərbaycan prezidentinin son bəyanatları tam hədəfinə çatır və Ermənistan cəmiyyətinin nə qədər ağır vəziyyətdə olduğunu bütün çılpaqlığı ilə ortaya qoyur”.

Qeyd edək ki, Ermənistanın Müdafiə naziri David Tonoyan və Xarici İşlər naziri Zoqrab Mnatsakanyan ölkənin cənub-qərb sərhədinə gediblər və Naxçıvan istiqamətində olan postlarda olublar.(axar)

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

F-16-ları məhv edəcəyik - Juravlyov
05:15 27.04.2024
Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Hamısı