Putin Serji 600 milyona satdı İrəvana Su-30, Bakıya isə...

Analitika 10:53 20.06.2018

Ermənistan Müdafiə Nazirliyi ölkədə hakimiyyət dəyişikliyindən az öncə Rusiyadan Su-30CM təyyarələrinin 2024-cü ilə qədər alışından imtina edib.

Bu barədə məlumatı “Kommersant” qəzeti yayıb. Qəzet Ermənistanın bu təyyarələri alması haqqında razılaşmanın 2012-ci ildə imzalandığını, lakin maliyyə çatışmazlığı ucbatından qüvvəyə minmədiyini deyib. Rusiya artıq razılaşmanı yeni hökumətlə reallaşdırmağı planlaşdırır:

“Nikol Paşinyan artıq Su-30CM-in kabinəsində oturaraq, onu dünyanın ən yaxşı qırıcılarından biri adlandırıb. Ermənistanın bu təyyarələri əldə etmək arzusu haqqında söhbətlər Paşinyanın Feysbukda Erebuni aerodromunda olan Su-30CM təyyarəsinin kabinəsində oturduğu şəkli paylaşmasından sonra aktivləşib. Hərbi ekspert Leonid Nersisyan Su-30CM-in İrəvan tərəfindən alınmasıyla bağlı danışıqların kifayət qədər yüksək səviyyədə olduğunu və tərəflərin yaxın 1-2 ildə müqavilə imzalayacağını söyləyib. Lakin “Rosoboroneksport” bu barədə məlumatlı olmadığını bəyan etdi.

Erməni hərbçilər bu tip texnikaya 2010-cu ildən maraq göstərməyə başlayıblar. Buna səbəb isə Ermənistan Hərbi Hava Qüvvələri parkının (əsasən Su-25 və Su-27-dən ibarət olub – red.) yenilənmə istəyi olub.

2012-ci ildə Moskva və İrəvan Ermənistanın bir neçə il ərzində 12 qırıcı almasıyla bağlı müqavilə imzalayıb. Lakin müqavilə Ermənistanın maliyyə problemləri ucbatından hələ də qüvvəyə minməyib. O zamandan bu yana kontraktın reallaşması üçün uğursuz danışıqlar aparılıb. Təyyarələrdən başqa Ermənistanın digər silahlara da ehtiyacı olub və buna görə də Moskva İrəvana təyyarələri ixrac yox, daxili bazar üçün müəyyənləşdirilən qiymətlərlə satmağa cəhd edib.

Sonuncu dəfə Su-30CM-lərin alışına tərəflər Ermənistandakı inqilabdan bir neçə ay öncə qayıdıblar. Bu zaman İrəvan Rusiyaya bəyan edib ki, təyyarələrin alınması 2024-cü ilə qədər təxirə salınır.

Mənbələrimiz təsdiqləyir ki, hakimiyyət dəyişikliyindən sonra silah ixracı istiqamətində tərəflər arasında aktiv əlaqə olmayıb. Hərbi-texiki əməkdaşlığın genişləndirilməsiylə bağlı müəyyən siqnallar isə artıq verilib. Paşinyan 23 mayda birbaşa bəyan etdi ki, Putinlə danışıqlar zamanı tərəflər daha effektiv əməkdaşlıq barədə razılaşıblar. Yeni Müdafiə naziri David Tonoyan isə son illər silah məsələləri ilə maraqlanıb və Rusiya hərbi sənaye kompleksində yaxşı əlaqələrini qoruyub saxlayıb. Moskva hesab edir ki, müqaviləni tez bir zamanda reallaşdıracaq”.

Qəzetə açıqlama verən rusiyalı ekspert Konstantin Makiyenko Ermənistana bu təyyarələrin verilməsinin Azərbaycanın Qərb qırıcılarını almağına marağı artıracağını bildirib. Onun sözlərinə görə, Bakı artıq bir dəfə Moskvanın İrəvana “İsgəndər”ləri verməsinə cavabı Belarusdan “Polonez”lər almaqla verib. O, həmçinin, İrəvana Su-30CM-lər verilməsi halında Bakıya Su-35-lərin təklif edilməsi gərəkdiyini bildirib.

Qeyd edək ki, Su-30CM təyyarələrinin dəyəri hazırda 50 milyon dollardır.(axar)

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
03:00 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Qarabağa may ayı üçün avtobus biletləri satışa ÇIXARILIR
16:58 25.04.2024
Ukraynadan Azərbaycana qarşı təxribat
Ukraynadan Azərbaycana qarşı təxribat
16:54 25.04.2024
Hamısı