İki aydır boş qalan BŞİH başçısı postu müəmma

Analitika 11:40 20.06.2018

Ümumilikdə isə hazırda BŞİH-də təkcə başçının deyil, onun iki müavininin də yeri boş qalıb

Artıq iki aydır ki, Bakı Şəhər İcra Hakimiyyəti postu boş qalıb. Paytaxta kimin rəhbərlik edəcəyi ilə bağlı səslənən versiyalar isə hələ ki təsdiqini tapmayıb. Bu posta təyinatın olmaması ictimaiyyətdə bir çox məlumatların da yayılmasına səbəb olub. İddialara görə, Bakıda böyük şəhər bələdiyyəsi formalaşdırılması planı var. Bu  səbəbdən də şəhər başçısı postuna təyinatın olmadığı qeyd olunur.

Məlumat üçün qeyd edək ki, prezident İlham Əliyevin aprelin 21-də imzaladığı sərəncamla Nazirlər Kabinetinin yeni tərkibi müəyyənləşdi. Sərəncama əsasən, hökumətin tərkibində xeyli dəyişikliklər oldu. Təyinatlardan biri də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun baş nazirin müavini vəzifəsinə gətirilməsi idi. Abutalıbovdan  sonra Bakı şəhər icra başçısının vəzifələrini müvəqqəti olaraq BŞİH-də yeganə müavin olan Fidumə Hüseynova  icra edir. Ümumilikdə isə hazırda BŞİH-də təkcə başçının deyil, onun iki müavininin də yeri boş qalıb.

BŞİH rəhbərliyində 3 əsas vəzifə var - başçı və iki müavin.  Bakı Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Rauf Pənahov ötən il iyulun 20-də  vəfat edib. Həmin vaxtdan bu günə qədər onun da yerinə təyinat olmayıb. Digər müavin isə yuxarıda da qeyd etdiyimiz kimi başçının səlahiyyətlərini icra edir. Həm də bu baxımdan fikirlər dolaşır ki, ümumilikdə BŞİH-də idarəçilik sistemi dəyişdirilə bilər.

Əliməmməd Nuriyev ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, əslində konstitusiyamıza görə, Bakıya xüsusi bir status verilməlidir: “Çünki ölkənin paytaxtıdır və Bakı şəhərinin statusu haqqında qanunun qəbul edilməsinə ehtiyac var. Əlbəttə ki, bu qanun qəbul edilərsə, orada artıq idarəetmə formasının təşkili məsələsi də öz əksini tapar. Başçının müəyyənləşməsi ya seçkili, ya da təyinatlı formada olmalıdır. Yaxud da Bakı şəhər bələdiyyəsi ilə bağlı məsələlərə diqqət yetirilməlidir. Böyük şəhər bələdiyyəsinin yaradılmasına ehtiyacın olub-olmaması araşdırılmalıdır. Bələdiyyələrlə bağlı məsələlər ”Bələdiyyələrin statusu haqqında" Qanunda öz əksini tapmalıdır. Hər halda, Bakı şəhəri haqqında konstitusiya qanunu qəbul edilərsə, bu məsələlər öz həllini tapa bilər. Şübhəsiz ki, Bakı şəhərinin idarəetmə formasında dəyişiklik zəruridir. Mövcud idarəetmə forması sistemi Bakı şəhərinin tam olaraq təkmil idarəetməsini rasional formada təmin etmir. Bakı şəhər bələdiyyəsini də yaratmaq, merin seçkisi məsələsini müəyyənləşdirmək olar. Dünyanın bir çox ölkələrində paytaxtla bağlı xüsusi status var. Burada paytaxt merinin müəyyənləşməsi məsələsi də seçki yolu ilə həll olunur. Hər halda, bizdə də bu barədə düşünmək olar".

Bu məsələlərin öz həllini necə tapacağına gəlincə, ekspert dedi ki, qeyd edilənlər Milli Məclisin səlahiyyətləri daxilindədir: “Yaxud da ölkə başçısı tərəfindən Bakı şəhərinin statusu haqqında konstitusiya qanunun qəbul edilməsi ilə bağlı təşəbbüs verilə bilər. Hər halda, bu, artıq müvafiq strukturların həll edəcəyi məsələdir”.

Ekspert hesab edir ki, Bakı şəhəri ilə bağlı idarəetməyə bir də baxılması yaxşı olar: “Çünki mövcud idarəetmə rasional idarəetmə sistemi deyil. Bir çox suallarla hər zaman qarşılaşırıq. Burada mərkəzi icra hakimiyyəti orqanları ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında səlahiyyət bölgüsü məsələsinə də baxmaq lazımdır. Bakı şəhəri idarəetmə zamanı tam olaraq bütün məsələlərdə qərar qəbul etmək səlahiyyətinə malikdirmi? Əlbəttə ki, yox. Adicə kanalizasiya sisteminin qurulması, Bakı şəhərinin enerji ilə təmini məsələsi qurumun səlahiyyətindən kənardır. Təsərrüfat sahəsində də heç müstəqilliyə malik deyil. Bütün hallarda müvafiq agentliklərdən, departamentlərdən asılıdır. Eyni zamanda Bakı şəhərində tikinti ilə bağlı məsələlərdə də tam səlahiyyətə malik deyil. Yaxud da bu səlahiyyətlərin icrasında qüsurlar var. Bütün bunlara baxılmalıdır. Nəzərə alınmalıdır ki, ölkə başçısı Bakı şəhərinin inkişafına xüsusi diqqət ayırıb. Ölkəyə gələnlərin ilkin qarşılanma məsələsi Bakıda baş verir. Paytaxt günü-gündən gözəlləşir, yeni infrastrukturlar yaranır. Ancaq bütövlükdə bunun Bakı şəhər hakimiyyət orqanları tərəfindən  idarə edilməsinə  heç bir aidiyyəti yoxdur. Bu, cənab prezidentin göstərişləri, iradəsi əsasında baş verir. İcra hakimiyyəti isə burada yanakı funksiyanı yerinə yetirir. Hər halda, ölkədə idarəetmənin təkmilləşdirilməsi istiqamətində addımlar atılır, islahatlar gedir. Bu amil də güman edirəm ki, nəzərə alınacaq. Digər icra hakimiyyətlərində hansı dəyişikliklərin olması isə Bakı şəhərində idarəetməni nə cür görəcəyimizdən asılıdır. Bəlkə heç rayon icra hakimiyyətlərinə ehtiyac olmayacaq və sadəcə olaraq, ərazi idarəetməsi müəyyənləşəcək. Bununla bağlı düşünmək lazımdır. Hansı konsepsiya qəbul ediləcəksə, bunun əsasında idarəetməni də qurmaq olar”.

Onu da qeyd edək ki, mətbuatda irəli sürülən versiyalardan indiyə kimi BŞİH-ə başçı kimi bir neçə şəxsin adı hallanıb. Onlardan biri  Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovdur. Məlumatlara görə, Niyazi Bayramov gənclər və idman naziri Azad Rəhimovun qudasıdır. Digər  versiyaya görə, Abutalıbovun yerini  “Bakı Ağ şəhər” layihəsinin və “Bakond” şirkətinin baş direktoru Ruslan Sadıxov  tuta bilər. Onunla bağlı da mətbuatda xeyli materiallar dərc olunub.

Abutalıbovun yerinə əsas namizədlərdən biri kimi isə “AzərGold” qapalı səhmdar cəmiyyətinin sədri Zakir İbrahimovun adı çəkilir.

Yeni yaradılmasına baxmayaraq, “AzərGold” qızıl yataqlarının kəşfiyyatı, qızıl və gümüşün hasilatı və ixracı sahəsində xeyli işlər görüb. Onun fəaliyyəti sayəsində Azərbaycanın qeyri-neft ixracatında qızıl ikinci yerə yüksəlib.

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Çin ABŞ-a xəbərdarlıq edib
Çin ABŞ-a xəbərdarlıq edib
09:44 26.04.2024
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - Yenilik
09:31 26.04.2024
Azərbaycan nefti ucuzlaşdı
09:20 26.04.2024
Bakıda 29 dərəcə isti olacaq - Günün HAVA PROQNOZU
09:16 26.04.2024
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü
09:00 26.04.2024
"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
03:00 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Hamısı