“Günnüt zəfəri Azərbaycanın ən böyük zəfər hadisələrindən biridir” AÇIQLAMALAR

Analitika 17:11 22.06.2018

May ayında Azərbaycan ordusu tarixə düşəcək daha bir uğurlu əməliyyat keçirdi.

2018-cı il mayın 20-dən 27-nə qədər Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordusunun əks-həmlə əməliyyatı nəticəsində Şərur rayonunun Günnüt kəndi, "Ağbulaq" yüksəkliyi, Qızılqaya dağı, Xunut dağı və Mehridağı azad olunub, Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan ordusunun nəzarəti altına keçib. Döyüşlər nəticəsində, ümumi olaraq, 11,000 hektarlıq ərazi azad olunub. Əməliyyat Azərbaycan Silahlı Qüvvələrinə İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verib. Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Adil Tatarov şəhid olub.

Naxçıvanda çox uğurlu əməliyyat keçirildiyini bildirən müdafiə naziri, general-polkovnik Zakir Həsənov bildirib ki, neytral torpaq anlayışı yoxdur: “Neytral ərazi anlayışı yoxdur.Dövlət sərhədinin keçdiyi xətt sənədlərlə dəqiq işlənilir. Kimsəsiz torpaq yoxdur, bunlar hamısı bizim torpaqlardır. 25 il idi ki, onlar bizim torpaqlarda oturmuşdular. Çox uğurla görülən əməliyyat nəticəsində 11 min hektar ərazi azad edilib. Ən önəmlisi ondan ibarətdir ki, biz, Laçına gedən yolu nəzarətə götürdük. Bu çox taktiki olaraq həyata keçirilən əməliyyat idi. Naxçıvan ordusunun həyata keçirdiyi əməliyyatdan çox razıyam. Gördüyünüz kimi həyata keçirdiyimiz işin nəticəsi var”.

Zakir Həsənov bildirib ki, bütün döyüş maşınları yenilənib: “Ali Baş Komandanın həyata keçirdiyi tədbirlər nəticəsində Silahlı Qüvvələr üçün yeni dağıdıcı silahlar alınıb. Yeni tanklar, yeni piyadaların döyüş maşınları, döyüşlərdə istifadə olunan yeni zirehli maşınlar alınıb. Bütün bu texnikalar iyunun 26-da keçiriləcək hərbi paradda nümayiş etdiriləcək”. Nazirin sözlərinə görə, bu gün ordumuz ən müasir texnikalarla idarə olunur: “Bu gün biz ən müasir raket və artilleriya sistemlərinə malikik. Bu raketlər düşmənin istənilən hədəfini məhv etməyə qadirdir. Ali Baş Komandan bir neçə gün əvvəl bu raketlərlə tanış oldu. Onların hamısı paradda nümayiş etdiriləcək”.

Bir neçə gün öncə jurnalistlərə açıqlama verən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Naxçıvan istiqamətində əldə etdiyimiz uğurlar həm ordumuzun, həm xalqımızın, həm də Prezidentimizin apardığı siyasətin təntənəsidir. Onun sözlərinə görə, bunlar ilk addımlardır: "Azərbaycan Prezidentinin siyasəti, gördüyü işlər, yaratdığı mühit, dünyaya sübut etdiyi məsələlər torpaqlarımızı işğaldan azad edəcək. Bu məntiqdir, həqiqətdir. Ermənilərin təşkil etdiyi yalan bir müddət ayaq tutub, ancaq yeriyə bilmədi. Torpaqlarımız gec-tez, inşalllah, tezliklə işğaldan azad ediləcək. Bununla əlaqədar Naxçıvanda torpağımızın azad olunması münasibəti ilə xalqımızı təbrik edirəm".

Millət vəkili Aydın Hüseynov Metbuat.az-a açıqlamasında bildirib ki, bu, birinci növbədə prezident İlham Əliyevin həyata keçirdiyi prinsipal siyasətin göstəricisidir: “Çünki İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanın əraziləri, suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü daima qorunmalıdır. Bu siyasəti də çox yüksək məharətlə həyata keçirir. Bu onu göstərir ki, Azərbaycan, öz torpağının bir qarışını heç kimə güzəştə getməyəcək. Azərbaycan öz torpaqlarını qorumaq iqtidarındadır. Bu, Azərbaycan ordusunun qüdrətinin, aparılan siyasətin və prinsipiallığın göstəricisidir. Bu eyni zamanda onun göstəricisidir ki, Qarabağ məsələsi danışıqlar yolu ilə həll edilməsə, Azərbaycan ordusu Günnüt əməliyyatı kimi əməliyyat keçirib öz ərazi bütövlüyünü tamamilə bərpa edəcək”.

Siyasi şərhçi, “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev Metbuat.az-a açıqlamasında qeyd edib ki, bu əməliyyat Azərbaycan ordusunun müstəqillik dövründə əldə etdiyi ən böyük zəfər hadisələrindən biridir: “Buna tarixdə hərbi nöqteyi-nəzərdən əməliyyat olaraq hansı adın veriləcəyini gələcək göstərər, ancaq mən əminəm ki, Cocuq Mərcanlıdan sonra bizim işğala məruz qaldığımız tarix boyunca həmişə əlamətdar hadisə kimi qeyd olunacaq. Azərbaycanın suverenliyi altına qaytarılan Günnüt kəndi və yüksəkliklər hərbi-taktiki nöqteyi-nəzərdən çox böyük əhəmiyyət kəsb edir. Günnüt kəndinin əhalisinin o yerlərə qayıtmasının təmin edilməsi bir tərəfdən əhalinin öz ata-baba yurdu ilə qovuşması deməkdirsə, o biri tərəfdən də daha böyük strateji hədəfin vurulmasıdır ki, bu da Azərbaycan xalqında gec-tez öz torpaqlarına qayıdış əminliyinin daha da möhkəmlənməsi deməkdir. Necə ki, Cocuq Mərcanlı təmir olunandan sonra insanlar orada sanki heç zaman heç nə baş verməmiş kimi rahat həyatla təmin olunublar.

Bu gün Günnüt sakinlərinin həyatlarının təmin olunması həm günnütlülərin həyatında əlamətdar hadisədir, həm də bütün dünyaya bir mesajdır ki, Azərbaycan hissə-hissə də olsa torpaqlarını geri qaytaracaq və işğaldan azad edəcək. Bu, strateji əhəmiyyətli hadisədir. Qarabağ probleminin həll olunması üçün hazırda masa üzərində olan ya mərhələli, ya paket variantlardan hər hansı biri danışıqlar masası arxasında ermənilər tərəfindən qəbul edilməsə, o zaman Azərbaycan, öz torpaqlarını bu cür almaq gücündə olduğunu bir daha nümayiş etdirdi. Əlbəttə Azərbaycanın müdafiə naziri Zakir Həsənovun “biz beynəlxalq vəziyyətdə və şəraitdən asılı olaraq torpaqlarımızın azad olunması üçün hərbi əməliyyatlara başlamağı daha münasib hesab edirik” bəyənatı olduqca vacib bəyənatdır. Çünki bu, Azərbaycanın həm hərbi yolla, həm də diplomatik danışıq yolu ilə torpaqların azad olunmasına cəhd etdiyini bir daha sübut edir. Əlbəttə diplomatik danışıqlar bir nəticə verməsə, onda həqiqətən də Azərbaycan beynəlxalq şəraitdən asılı olaraq hərb variantına əl atmaq məcburiyyətində qalacaq. Amma Cocuq Mərcanlı, sonra Günnütün azad olunması Azərbaycanın tarixində həm hərbi, həm də nöqteyi-nəzərdən əlamətdar hadisə kimi tarixdə qalacaq”.

Ehtiyatda olan polkovnik, hərbi ekspert İlqar Əliyev isə Metbuat.az-a açıqlamasında bildirib ki, bəziləri deyir ki, azad olunan ərazi neytral ərazi idi, ancaq bu, doğru fikir deyil: “Dövlətlər arasında neytral ərazi olmur. O torpaqlar 1990-cı illərdən işğal altında idi. Azərbaycan ordusu bir daha sübut elədi ki, işğal altında olan torpaqları azad etməyə qadirdir. Ermənistanın müdafiə naziri bəlkə də bilmədən bunu etiraf elədi ki, Azərbaycan öz ərazilərində bu torpaqları ələ keçirib, amma bu ərazilər işğal altında idi. İşğal altında olan torpaqlar da azad olunub. Bu yüksəkliklərin, xüsusilə də Qızılqaya yüksəkliyinin azad edilməsi bizə bir çox üstünlüklər qazandırıb. Bununla Ermənistandan Qarabağa gedən yol nəzarətə götürülüb. Bir də Arpaçay Su Dəryaçası Azərbaycanın tam nəzarəti altına alınıb. Bununla da bir çox ərazilər, kəndlər və onların mövqelərinə gələn yollar daşınma yolları, hamısı nəzarətə götürülüb.

Bu əməliyyatı gələcəkdə Qarabağdakı uğurlu əməliyyatın başlanğıcı kimi hesab etmək olar. Dediyim kimi, Laçın koridoruna gedən yol, Ermənistandan Qarabağa gedən yol nəzarətə alınıb. O istiqamətdə yolu hər an bağlamaq mümkündür. Hər bir kiçik taktiki qələbə gələcəkdəki əməliyyat və strateji hədəflərə yaxınlaşmağa zəmin yaradır. Azərbaycan ordusu Günnüt əməliyyatı kimi əməliyyatlarla öz əməliyyat və strateji hədəflərinə daha da yaxınlaşır. Bu həm də Ermənistana mesajdır. Yəni, Azərbaycan ordusu istənilən anda torpaqlarımızı azad etməyə qadirdir”.

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Ərdoğan Mark Rutte ilə görüşdü
06:22 27.04.2024
F-16-ları məhv edəcəyik - Juravlyov
05:15 27.04.2024
Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Hamısı