“Bu, artıq sonuncu ölüm-dirim savaşı olacaq” Hərbi ekspert

Analitika 13:06 16.09.2018

Ermənistan Milli Məclisinin sentyabrın 12-də keçirilən fövqəladə iclasında Ermənistan ərazisində başlayan “Şant-2018" (İldırım 2018") komanda-qərargah təlimləri çərçivəsində Azərbaycana rəsmən ”müharibə elan edilməsi haqqında" qərar qəbul olunub.

Ermənistanda 11 sentyabrdan “Şant-2018" komanda-qərargah təlimləri keçirilir. Bu müddətdə ölkə ərazisində hərbi vəziyyət elan edilib. Məlumatda deyilir ki, hərbi təlimlər planlı xarakterlidir və müdafiəyə hazırlıq məqsədi daşıyır.

Eurasia Diary xəbər verir ki, məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən ehtiyatda olan polkovnik, hərbçi ekspert Şair Ramaldanov deyir ki, bu, şərti təlimdir, ancaq müharibə elan etmək olmaz, çünki biz onsuz da müharibə şəraitində yaşayırıq, müharibə bitməyib, sadəcə bu formada davam edir:

“Mülki qurumların, nazirliklərin iştirakı ilə təlimlər keçirməklə onlar planları bir də nəzərdə keçirirlər və dəqiqləşdirirlər. Azərbaycanda da istər güc, istərsə də digər nazirliklər, bütün qurumlar fövqəladə hallarda və müharibə zamanında lazım olan xüsusi planları vaxtaşırı dəqiqləşdirir və lazım olan düzəlişləri edir. Bu o deməkdir ki, hansısa ssenari üzrə təlimlər keçirir. Ermənilərin “Azərbaycana müharibə elan edirik” sözləri isə sadəcə populist ifadələrdir. Bilirik ki, Nikol Paşinyan və onun hakimiyyəti populist ifadələrlə gündəmə gəliblər və öz işlərini də bu formada qururlar.

O ki qaldı təlimlərin Ermənistan mətbuatında bu cür işıqlandırılmasına bu daha çox daxili auditoriyaya hesablanmış məlumatdır ki, guya Ermənistan artıq Azərbaycanla müharibə etməyə hazırdır. Təlimin bu cür müharibə ssenarisində keçirilməsinin də səbəbi var. Paşinyan hakimiyyəti indiyə qədər sual altındadır, çünki hələ də istədiyini həyata keçirə bilməyib. Bir neçə gün əvvəl Rusiyaya səfərində Paşinyana deyiblər ki, axtarışları, yoxlamaları, həbsləri dayandırsın. Paşinyan milyardların büdcəyə qaytarılmasına söz vermişdi, ancaq o məsələ də axsayır. Bu olmadığı təqdirdə və Serj Sarkisyanın Qarabağ klanının Ermənistanda hələ də böyük nüfuza malik olduğunu nəzərə alsaq, Paşinyanın hakimiyyətdə qalmaq şansı sual altında qalır. Belə olduğu üçün erməni rəhbərliyi hansısa təxribata əl ata bilər. Azərbaycan tərəfi bu təxribata adekvat cavab verəndən sonra bu artıq digər hadisələr kimi olmayacaq. Bu, artıq sonuncu ölüm-dirim savaşı olacaq.

Bugünkü vəziyyətə, güc nisbinə, geosiyasi və siyasi vəziyyətə görə, Rusiya ilə Ermənistan arasında olan müəyyən soyuqluğu nəzərə alaraq deyə bilərik ki, bu fonda təbii ki, üstünlük Azərbaycan tərəfdədir. Müharibə bitməyib və hər hansı təlim həmişə hansısa irimiqyaslı təxribatlara yol aça biləcək amildir. Ermənilər bu təlimi keçirməklə planları uzlaşdırırlar, düzəlişlər edirlər, bu isə təbii iş prosesində olan vəziyyətdir”.

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Azərbaycan nefti ucuzlaşdı
09:20 26.04.2024
Bakıda 29 dərəcə isti olacaq - Günün HAVA PROQNOZU
09:16 26.04.2024
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü
09:00 26.04.2024
"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
03:00 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
Hamısı