ABŞ müharibəni uduza bilər - Ekspertlərdən XƏBƏRDARLIQ | Eurasia Diary - ednews.net

19 Dekabr, Çərşənbə


ABŞ müharibəni uduza bilər - Ekspertlərdən XƏBƏRDARLIQ

Ekspert rəyi A- A A+

ABŞ-ın Milli Müdafiə üzrə Yeni Strategiyası Rusiya və Çin üzərində qələbəni təmin etmir.

Eurasia Diary “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda Birləşmiş Ştatların müdafiə strategiyası qiymətləndirilməsi üzrə komissiyanın ekspertləri hesab edirlər.

“Donald Tramp administrasiyasının Milli Müdafiə üzrə Yeni Strategiyası az resurslarla təmin edilib. Strategiya ABŞ-ın Çin və ya Rusiya qarşısında hərbi məğlubiyyət riskini yaradır”, - Konqres tərəfindən səlahiyyət verilmiş ekspertlərin məruzəsində deyilir.

Komissiya belə nəticəyə 2020-ci il maliyyə ilində hərbi büdcənin 700 milyard dollara qədər azaldılacağı barədə xəbərlərdən sonra gəlib. ABŞ-ın 2019-cu il maliyyə ilində hərbi büdcəsi təxminən 716 milyard dollar olacaq.

Ekspertlər xəbərdarlıq edirlər ki, Amerika hərbçiləri Çin və Rusiya ilə müharibədə qəbuledilməz yüksək itkilərlə üzləşə, hətta müharibəni uduza bilər.

“ABŞ üçün xüsusi risk vəziyyəti yaranır. Hərbçilər eyni zamanda iki və ya daha çox cəbhədə vuruşmalı olacaq”, - məruzədə deyilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...