Uşaqlarımız niyə bu dildə danışır? Həyəcan təbili

Analitika 15:00 23.02.2019

İnternetin bütün evlərə ayaq açdığı, televiziya kanallarının sayının artdığı bir vaxtda uşaqlar danışıq dilini daha çox bu vasitələrdən öyrənirlər. Onların marağında olan əsas proqramlar isə sözsüz ki, cizgi filmləri və uşaqlar üçün hazırlanan verilişlərdir. Azərbaycanda cizgi filmi sektoru inkişaf etmədiyi üçün uşaqlar rus, türk kanallarında yayımlanan cizgi filmlərinə baxırlar.

Bəs uşaqların danışmağa başladığı bu dövrdə onların xarici televiziya kanallarını izləməsi gələcəkdə hansı problemlərin yaranmasına səbəb olur?

Mövzu ilə bağlı Kult.az-a danışan psixoloq Gülnar Orucova uşaqların dil açmağa başladığı dövrlərdə onlara öyrədilən informasiyanın çox vacib olduğunu bildirib:

“Uşaqlar 12-18 aylıq olanda danışmağa başlayır. İlk sözlərini 1 yaşında deyir. 1 yaşlı uşaq 10-12 söz öyrənir. 18 aylıq uşaq 1500-ə yaxın söz bilir. Yəni bu dövrdə uşağın nitqinin inkişafı sırf valideyndən və onu əhatə edən mühitdən asılıdır. Valideynlər bu dövrdə uşaqlarda daha çox birtərəfli ünsiyyət yaradırlar. Burada “birtərəfli ünsiyyət” deyəndə televizor, planşet və telefon nəzərdə tutulur. Bəzən valideynlər uşağa yemək yedirmək üçün ona telefon verirlər və ya televizorun qarşısında oturdurlar. Alışqanlıq da elə məhz bu vaxtlardan başlayır. Bu yaş dövründə rənglər uşağı daha çox cəlb elədiyi üçün onlar cizgi filmlərinə baxmaqda çox maraqlı olurlar. Uşaqlar kiçik yaşlarında birtərəfli ünsiyyətə alışdırılarsa, gələcəkdə onların təfəkkür, təxəyyül problemləri, məntiqi analizləri zəif olacaq”.

Psixoloqun sözlərinə görə, yerli televiziyalarda uşaqlarla bağlı maarifləndirici proqramların, cizgi filmlərinin azlıq təşkil etməsi azyaşlıların bütün gün xarici dillərdə yayımlanan materiallar izləməsinə əsas vermir:

“Televiziyada çatışmazlıq olsa da, bu gün internetdə kifayət qədər ana dilində nağıl videoları, folklor və mədəniyyətimizlə bağlı baxmalı materiallar var. Bundan əlavə, disklər alaraq uşaqlara izlətdirmək olar.

Amma bizim valideynlərdə türk dilinə meyililik var. Onlar düşünür ki, bəzi sözlər bu dildə daha gözəl səslənir. Uşağı əzizləyəndə belə “eşqim” əvəzinə “aşkım” deyirlər. Beləliklə uşaqlarda digər dilə sevgini özümüz aşılayırıq.

Normalda 3 yaşında uşaq 2 rəngi və 10-a qədər saymağı bilməlidir. 3 yaşından sonra isə uşaq rəngləri tam bilməli, 4 yaşındakı uşaq 8 rəngi, eləcə də həndəsi fiqurları fərqləndirməyi bacarmalıdır. Əfsus ki, bizim televiziya efirlərində bunları uşaqlara öyrədə biləcək verilişlər və cizgi filmləri yoxdur”.

“Röyter” agentliyinin Azərbaycan üzrə nümayəndəsi İsgəndər Qənbərov yerli telekanalların azyaşlılara efir vaxtı ayırmasından çox, ayrıca uşaq kanallarının olmasının daha vacib olduğunu söyləyib:

“Bu istiqamətdə tematik telekanallara ehtiyac böyükdür. Kommersiya baxımından gəlir gətirməyən sahə olduğu üçün telekanallar bu sahədə maraqlı deyillər. Əslində isə bu, bir növ, milli təhlükəsizlik məsələsidir. Fikrimcə, bu sahəni büdcə təşkilatı olduqları üçün Dövlət və ya İctimai televiziya üzərinə götürməlidir. Azərbaycanda bir neçə animasiya studiyaları olsa da, onların da hazırladıqları animasiyaları alan olmadığı üçün cizgi filmlərini məhdud sayda istehsal edirlər. Təkcə cizgi filmləri deyil, türk serialları da insanlarımıza əhəmiyyətli dərəcədə təsir edir. Paytaxtda bu, çox hiss olunmaya bilər, amma regionlarımızda hətta böyüklər də türk dilində danışırlar. Bu isə ondan xəbər verir ki, yerli telekanalların başı pul qazanmağa qarışıb və milli təhlükəsizlik məsələsi yaddan çıxıb.

Ölkəmizdə uşaq televiziyası ilə bağlı sahə inkişaf etmədiyi üçün bu sahədə fəaliyyət göstərən ekspertlərin də varlığı ilə yoxluğu bilinmir. Sahə ozü inkişaf edərsə, təbii ki, ekspertlər də üzə çıxacaq”.

İ.Qənbərov azyaşlıların xarici dildə materiallar izləməsinin onların sonrakı fəaliyyətlərinə də təsir göstərdiyini bildirib:

“Ölkəmizdə yutuber olan azyaşlıların əksəriyyəti rusdilli ailələrin uşaqlarıdır. Hətta tanıdığım, blogerliklə məşğul olan azyaşlılar rus dilində videolar çəkərək Yutuba yerləşdirirlər.

Təəssüf ki, bu gün bizim uşaqlar türkdilli və rusdilli olmaqla iki qrupa bölünüb. Bu da böyük problemlərdən biridir. Bakı əhalisi Rusiya telekanallarının, region əhalisi isə Türkiyə kanallarının təsiri altındadır. İndi biz ortaq məxrəci tapmasaq, sonra çox gec ola bilər. Ümumiyyətlə, bizim proqramlaşdırma siyasətimizdə boşluqlar var. Quql axtarış platformasında rus və ya türk dilində axtarışlar daha tez nəticə verir. Problem böyükdür, amma şişib partlamaması üçün tez bir zamanda işə başlamaq lazımdır”.

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Hamısı