"Prezidentin fərmanı vətəndaşların sosial rifahını artıracaq" Ekspertlər

Analitika 17:22 04.03.2019

İlham Əliyevin 28 Fevral tarixində imzaladığı fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanı ölkənin maliyyə sektorunu gücləndirəcək. Eurasia Diary fərmanın maliyyə sektoruna təsirini izah etmək üçün ekspertlərin fikirlərini alıb.

 

BOKT Avrasiya Kredit MMC-nin maliyyə və risk meneceri Aqil Bayramov fərmanın vətəndaşların rifahına müsbət təsir göstərəcəyini bildirib. "Bu fərman ən çox regionlarda yaşayan vətəndaşların problemlərinin həllinə kömək edəcək", - deyə ekspert bildirib.

 

 

Prezident İlham Əliyevin problemli kreditlərlə bağlı fərmanının birinci hissəsi xarici valyuta ilə götürülmüş kreditlərə şamil edilib. Bu tip problemli kreditlər 2015-ci ilin fevral və dekabr aylarında baş verən devalvasiyadan sonra meydana gəldi. Və bu fərmanla vətəndaşlar dollarla götürdüyü kreditləri manatla “devalvasiyadan öncəki məzənnə”yə əsasən qaytara biləcək. Həmçinin, dövlət vətəndaşın kreditinin hansı devalvasiyaya düşməsindən asılı olaraq arada qalan fərqi kompensasiya edəcək. Əgər kredit hər iki devalvasiyaya düşübsə o zaman vətəndaşın hər iki devalvasiyadan öncəki borcunun əsas qalıq məbləğlərinə görə, 1 ABŞ dolarını müvafiq olaraq, 0,25 AZN və 0,60 AZN kompensasiya veriləcəkdir.  

 

Fərmanın ikinci hissəsi isə manatla götürülmüş kreditlərə aiddir. Buraya 2012-ci ilin 1 yanvar tarixindən fərman imzalandığı günədək 360 gündən çox gecikdirilmiş problemli kreditlər aid edilir.

 

Aqil Bayramov fərmanın vətəndaşlara və həmçinin banklara olan təsirinə toxunaraq söyləyib: "Belə ki, bu fərmanla həm bankların, həm də vətəndaşların problemləri həll edilir. Bankların gələcək gəlirliliyi qorunur. Fərmanda qeyd edilən rəqəm, yəni 10 min dollar da Azərbaycanda kredit problemərinin həlli üçün kifayət qədər ciddi rəqəmdir. Qeyd etmək lazımdır ki, devalvasiyadan sadəcə vətəndaşlar deyil, banklar da ciddi ziyan çəkmişdi. Bu dövrdə bir neçə bank məhz problemli kreditlərə görə bağlandı. Ona görə də qəbul edilən fərman vətəndaşlar qədər, bankların da maraqlarını qoruyur".

 

Ekspert fərmanın regionlarda yaşayan vətəndaşların da problemlərinin həllinə kömək edəcəyini bildirib. "Regionda yaşayan aztəminatlı ailələrin kredit probleminin həll edilməsi çox önəmli sosial hadisədir. Çünki burada yaşayan vətəndaşların əksəriyyətinin gəlirləri mövsümi xarakter daşıdığından onların mütəmadi kredit ödənişləri etməsində ciddi problemlər yaranmışdı. Ona görə də, belə hesab etmək olar ki, bu fərman yaxın gələcəkdə vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasına təsir edəcək", Aqil Bayramov söyləyib.

 

"Həmçinin qeyd etmək yerinə düşər ki, bu fərman Avrasiya Kreditin portfelinin 3/1 hissəsinə şamil olunacaq. Bu doğrudan da çox böyük göstəricidir", ekspert fikrini tamamlayıb.

 

Avrasiya Kreditin icraçı direktoru Xaliq Qasımov fərmanın fiziki şəxs olan sahibkarlara da şamil ediləcəyini qeyd edib.

 

 

Ekspert Prezident İlham Əliyevin problemli kreditlərlə bağlı fərmanını vətəndaşların borc yükünün azaldılması və sosial vəziyyətinin yaxşılaşdırılması üçün atılmış ən uğurlu addımlardan biri kimi qiymətləndirib.

 

"Fərman 17 min azn-ə qədər borcu olan və istənilən məqsədlərlə kredit götürən və fiziki şəxs olan vətəndaşlara aid ediləcək. Bu fərman həmçinin sahibkarlıq məqsədilə kredit götürmüş fiziki şəxslərə də şamil ediləcək".

 

"Bankların özlərinəməxsus öhdəlikləri mövcuddur. Banklarda risklərin idarə edilməsi çox vacib məsələdir. Ona görə də, hər bankın riskləri bağlamaq üçün rezervləri olur. Əgər aktivlər rezervi üstələyirsə bu bankda likvidlik düşür. Likvidliyi aşağı olan banklar isə riskli banklar hesab olunur", Xaliq Qasımov bu fərmanla dövlət banklarının likvidliyini və valyuta mövqeyini qoruyacağını bildirib.

 

Ekspert fərmanın mikro-biznes kreditləşməyə də şamil ediləcəyini söyləyib. "Buna görə də fərmanın sahibkarlığın inkişafına müsbət təsir edəcəyini hesab etmək olar. Fərman həmçinin, bankların kredit portfelinin sağlamlaşdırılmasına yardım edəcək. Bu isə bankların da vətəndaşların da kredit probleminin həll edilməsi mənasına gəlir"

 

Bank Respublikanın müştəri xidmətləri departamentinin sədri Möhsün Aydınov fərmanın müştərilər tərəfindən alqışlandığını bildirib.

 

"Prezidentin fərmanı müştərilər tərəfindən sevinclə qarşılanıb. Əlbəttə ki, banklar və müştərilər bu qərarı dəstəkləyir". Ekspert fərman sayəsində məhkəmələrdə olan kreditlərin öz həllini tapacağını qeyd edərək, bankların likvitliyinin artacağını bildirib. 

 

Ümumilikdə, ekspertlər düşünür ki, fərman vətəndaşların rifahının yüksəldəcək və bankların valyuta mövqeyini qoruyacaq.

 

Nicat İsmayılov, Ülvi Əhmədli

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Ərdoğan Mark Rutte ilə görüşdü
06:22 27.04.2024
F-16-ları məhv edəcəyik - Juravlyov
05:15 27.04.2024
Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Hamısı