Paşinyanın Qarabağ üçün yeni formatı 2+2

Analitika 09:33 13.03.2019

Paşinyan Azərbaycan prezidenti ilə görüşdən imtina etməyəcək, ancaq hər dəfəsində “separatçıların təmsilçisi də danışıqlarda iştirak etməlidir, çünki mən onların yerinə qərar verə bilmərəm” yanaşmasını ortaya qoyacaq. Bu isə istənilən danışığın və görüşün bəri başdan nəticəsiz qalacağına işarədir.

Eurasia Diary xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyanın “təhlükəsizlik şuraları”nın Xankəndidə iclasındakı çıxışına münasibət bildirən politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Paşinyan sələflərini təkrarlayır:

“Yəni o, açıqlanan prinsiplərin əleyhinə deyil, ancaq “həll planındakı ardıcıllıq müzakirə olunmalıdır” deyir. Başqa sözlə, Paşinyan eks-prezidentlər Köçəryan və Sərkisyanın dediyini təkrarlayır: “Mərhələli həll planında xalqların özmüqədərratını müəyyənləşdirən referendum tarixi dəqiq göstərilsin, digər addımları ata bilərik (oxu: Dağlıq Qarabağ ətrafındakı rayonları boşaldarıq)”.

Politoloq deyib ki, Paşinyan çıxışında maraqlı fikir səsləndirib:

“Paşinyan “mən Azərbaycan prezidenti ilə yanaşı Azərbaycan xalqı ilə də dialoqa hazıram. Çünki əminəm ki, ermənilər kimi azərbaycanlılar da sülhpərvərdirlər”, - deyib. Bu, ikibaşlı ifadədir. Azərbaycan xalqını prezident təmsil edir. Bir ölkənin prezidenti başqa bir ölkənin xalqı ilə dialoq aparmır, xalqın təmsilçisi ilə müzakirələr aparır. Böyük ehtimalla Paşinyan bu qeyri-müəyyən cümləsi ilə gələcəkdə Dağlıq Qarabağın azərbaycanlı icmasının da hansısa formada danışıqlarda iştirakını istisna etmir. Ancaq Paşinyan bunu o halda mümkün sayır ki, separatçıların təmsilçisi də danışıqlarda iştirak etsin. Yəni Paşinyan yeni model təklif edir: “Separatçılar danışıqlarda iştirak etsinlər, daha sonra bu prosesə Dağlıq Qarabağ azərbaycanlıları da qatıla bilər”. Belə bir format alınır: 2+2. Ancaq 2+2 yenə də 1+1 edir. Çünki Paşinyan Dağlıq Qarabağın erməni icmasını, İlham Əliyev isə Azərbaycanın simasında Dağlıq Qarabağın azərbaycanlı icmasını təmsil edir".

Politoloq vurğulayıb ki, bütün hallarda Paşinyanın münaqişənin həlli ilə deyil, danışıqlar formatının dəyişməsi ilə məşğul olması vaxtın – status-kvonun uzanmasından başqa bir şey deyil:

“Paşinyan “separatçılar da danışıqlara qatılsın” fikri ilə manipulyasiya edir, iqtisadi və sosial sahədə verdiyi vədlərini yerinə yetirə bilməyəcəyinə və ilin ortalarında ciddi problemlərlə üzləşəcəyinə görə Qarabağ danışıqlarını arxa plana keçirmək məcburiyyətindədir”.

Qeyd edək ki, ilk dəfə olaraq Ermənistan Təhlükəsizlik Şurasının iclası bu gün Azərbaycanın işğal altında saxlanılan Xankəndi şəhərində keçirilib.

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Hamısı