Xorvatiyanın yığmasının yarımmüdafiəçisi Luka Modriç 2018-ci il Rusiyada keçirilən futbol üzrə dünya çempionatının ən yaxşı oyunçusu seçilib.
TASS agentliyi xəbər verir ki, Moskvanın “Lujniki” stadionunda Fransa və Xorvatiya arasında keçirilən final matçından sonra futbolçuya “Qızıl top” mükafatı verilib.
Qeyd edək ki, final oyununda Xorvatiya 2:4 hesabı ilə fransızlara uduzub.