PSJ futbol klubunun hücumçusu Neymar gələn ilin yayında komandadan ayrıla bilər.
Eurasia Diary xarici KİV-lərə istinadla xəbər verir ki, klub rəhbərliyi və futbolçu arasındakı anlaşmaya əsasən, Neymar yay transfer dövründə 220 milyon avro müqabilində başqa komandaya transfer oluna bilər. Əgər transfer baş tutmasa, 2020-ci ildə bu məbləğ 200 milyon avroya enəcək.
Neymarın yenidən “Barselona”ya qayıdacağı gözlənilir. Əvvəllər “Real Madrid” klubunun da hücumçu ilə maraqlandığı bildirilirdi. Ancaq Madrid təmsilçisi rəsmi bəyanatla bu xəbəri təkzib edib.
Xatırladaq ki, braziliyalı futbolçu iki il əvvəl 222 milyon avro müqabilində “Barselona”dan PSJ-yə transfer olunub.