Rusiyalı döyüşçü Həbib Nurməhəmmədovun atası irland idmançı Konor Makqreqoru bağışladığını və onu Dağıstana sambo çempionatına qonaq qismində dəvət etdiyini söyləyib.
Döyüş zamanı Makqreqor Nurməhəmmədovu və onun məşqçisi və atası olan Abdulmanap Nurməhəmmədovu təhqir eləmişdi.
"Mən bir daha öz dostumuz Oleq Nikolaeviç Taktarov və Makqreqoru yarışlara fəxri qonaq qismində dəvət edirəm. Mən onu təhqirlərini baöışlayıram. Biz mərhəmətli olmalıyıq", - deyə Nurməhəmmədov Facebook-da yazıb.
Qeyd edək ki, Dekabr 15-də Dağıstanın Kaspiysk şəhərində sambo üzrə dünya çempionatı keçiriləcək.