"Arsenal" türkiyəli futbolçunu heyətinə qatmaq istəyir | Eurasia Diary - ednews.net

17 Noyabr, Şənbə


"Arsenal" türkiyəli futbolçunu heyətinə qatmaq istəyir

İdman A- A A+

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi İngiltərə "Arsenal"ı Türkiyə milli komandasının və İtaliyanın "Roma" klubunun gənc futbolçusu Cengiz Ünderi heyətinə qatmaq istəyir.

Eurasia Diary Report-a istinadən xəbər verir ki, bu barədə Daily Express xəbər verir. London klubu artıq 21 yaşlı hücumçu üçün danışıqlara başlayıb.

"Arsenal"la yanaşı, Almaniyanın "Bavariya" klubu da Cengizin transferində maraqlıdır.

Qeyd edək ki, ötən mövsüm 26 oyuna 7 qola vura bilən Cengiz Ünder cari mövsüm bir qol və iki məhsuldar ötürmə ilə yadda qalıb. Daha öncə "Roma" istedadlı oyunçunu 60 milyon avrodan az məbləğə satmayacağını açıqlayıb.

Qeyd edək ki, Cengiz Ünder İtaliya klubunda 2017-2018 mövsümün ən yaxşı gənc oyunçusu seçilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...