15 mart 2019-cu il, 2018/2019 mövsümündə, XXVII Topaz Premyer Liqasının XXI turunun “Sabah” – “Sumqayıt” matçında “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40). Oyunun 29-cu dəqiqəsində “Sabah” klubunun 9 №-li futbolçusu Marko Deviç ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
15 mart 2019-cu il, 2018/2019 mövsümündə, XXVII Topaz Premyer Liqasının XXI turunun “Zirə” – “Keşlə” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).
Qeyd edək ki, AFFA İntizam komitəsi 1-ci divizionda, Azərbaycan Futzal Liqasında, gənclər liqasında və aşağı yaş qrupu üzrə mövcud çempoinatlarda da nizam-intizamı pozan şəxsləri cəzalandırıb.