Ukrayna və Polşa Almaniyanın ev sahibliyi edəcəyi 2024-cü il Avropa Futbol Çempionatında (AVRO 2024) iştirak etmək hüququ qazanıb.
Ednews sozcu.com-a istinadən xəbər verir ki, Pley-off mərhələsinin final oyunları nəticəsində iyunun 14-dən iyulun 14-dək baş tutacaq turnirdə mübarizə aparmaq şansı olan son iki komanda müəyyənləşib.
Yol A pley-off finalında çətin mübarizədən sonra penaltilər seriyasında Ueli səfərdə 5-4 hesabı ilə məğlub edən Polşa Hollandiya, Avstriya və Fransa ilə birlikdə D qrupunda yer almağı bacarıb. Matçın əsas vaxtı və əlavə vaxtı 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.
Digər tərəfdən B Road finalında ev sahibi Ukrayna İslandiyaya 2-1 hesabı ilə qalib gələrək E qrupunda Belçika, Slovakiya və Rumıniyanın rəqibi olub.
Bu nəticələrlə Ukrayna və Polşanın AVRO-2024-də mübarizə aparmaq hüququ qazanması rəsmiləşib.
Xəyal Ramiz