“Neftçi”nin yeni transfer hədəfi məlum olub.
Ednews xəbər verir ki, paytaxt təmsilçisi millimizin üzvü Emil Mustafayevi heyətə qatmaq istəyir.
“Ağ-qaralar” Ukraynada "Polessye"nin formasını geyinən yarımmüdafiəçi ilə ilkin danışıqlara başlayıb. Bakılılar ötən mövsümə kimi bu ölkədə "Aleksandriya"nın şərəfini qorumuş 22 yaşlı orta sahə oyunçusuna 3 illik müqavilə təklif edib.
Qeyd edək ki, Mustafayev Azərbaycanın U-21 yığmasında 3 matç keçirib. O, son olaraq əsas milliyə də cəlb olunub. Emil Bakıda keçirilən “FIFA series – Edition 2024” turnirində Monqolustan və Bolqarıstanla qarşılaşmalarda meydana çıxıb.