Ukraynada deputat qətlə yetirilib.
Ötən gecə Çerkasıda Şəhər Şurasının deputatı Mixail Binusov güllələnib.
Ukrayna polisi Kalaşnikov avtomatından atəş açıldığını bildirib.
Faktla bağlı cinayət işi açılıb. Şübhəli şəxslərin axtarışı davam edir.