Mixail Saakaşvili ukraynalılara məktub ünvanlayıb.
Onun məktubu vəkili vasitəsilə ictimaiyyətə təqdim edilib.
“Əziz həmvətənlərim, əziz ukraynalılar. Hökumət məni yanlış ittihamlarla saxlayıb. Bununla onlar sizi qorxutmaq istəyirlər. Heç nədən qorxmayın, bazar günü dinc aksiyaya cəsarətlə çıxın. Bir yerdə Ukraynanı parçalanmadan və korrupsiyadan qoruyaq. Bizim qələbəyə alternativ yoxdur. Yaşasın Ukrayna!” – deyə məktubda bildirilib.