Ermənistanın Baş naziri Nikol Paşinyan paytaxt İrəvanda etiraz aksiyaları keçirən vətəndaşlara müraciət edib.
O, müraciətində etirazçıları sakitləşməyə çağırıb.
“Xalqın etimadını qazanmış hökumətə qarşı etiraz aksiyaları təşkil etmək hökuməti sabotaj etmək mənasını verir. Bu andan bütün icazəsiz etiraz aksiyalarının dayandırılmasını tələb edirəm. Hökumətin bu çağırışına adekvat cavab verilməməsi mənim üçün anlaşılmazdır”, - deyə Nikol Paşinyan qeyd edib.