Ermənistan Baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin iclasında ölkə prezidentinə Baş qərargah rəisi Movses Akopyanın vəzifədən azad olunmasını təklif etdiyini deyib.
Nikol Paşinyan prezidentin bu təkliflə razılaşdığını söyləyib: “Mən prezidentə Movses Akopyanın başqa işə təyinatı ilə bağlı Ermənistan Silahlı Qüvvələrinin Baş qərargah rəisi vəzifəsindən azad olunmasını təklif etdim”
Onun sözlərinə görə, bu gün Baş qərargah rəisi vəzifəsinə yeni rəhbər təyin ediləcək.