Türkiyənin Hakkari bölgəsinin Şemdilli rayonunda partlayış baş verib.
Hadisə hərbi karvanın keçidi zamanı PKK terrorçularının yola yerləşdirdiyi partlayıcıların işə düşməsi nəticəsində baş verib.
Partlayış nəticəsində iki əsgər şəhid olub, üç nəfər yaralanıb. Yaralılar Şemdilli Dövlət Xəstəxanasına çatdırılıb.