Bu gün Yaponiyanın Honsyü adasının mərkəzində yerləşən Qumma prefekturası ərazisində 7 maqnituda gücündə zəlzələ baş verib.
Bu barədə ölkənin meteoroloji idarəsi məlumat yayıb.
Zəlzələnin ocağı yerin 20 km dərinliyində yerləşib. Sunami təhlükəsi yoxdur.
NHK telekanalının məlumatına görə, dağıntı və tələfat barədə məlumat yoxdur.