ABŞ və Cənubi Koreyanın bu həftə genişmiqyaslı birgə hərbi təlimlərin təxirə salınacağını elan etməsi gözlənilir.
Bu barədə Cənubi Koreyanın xəbər agentliyi "Yonhap" məlumat yayıb.
Qeyd edilir ki, Şimali Koreyanın nüvə silahları ilə bağlı imzalanan müqaviləyə riayət etməməsi halında "müharibə oyunu" yenidən başlaya bilər.
Xatırladaq ki, Tramp Kim Çenlə görüşü zamanı ona Cənubi Koreya ilə hərbi təlimlərin dayandıracağı barədə söz verib.