Ermənistan bir neçə Su-30SM qırıcısı alır?

Dünya 11:36 18.06.2018

Ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan özünün Facebook səhifəsində İrəvan ətrafındakı “Erebuni” hərbi aerodromunda Su-30SM çoxməqsədli qırıcısının pilot kabinəsində çəkilmiş fotosunu paylaşıb. Bildirib ki, hazırda dünyanın ən yaxşı qırıcılarından birinin kabinəsindədir.

Dərhal sual yaranıb: Rusiyanın 3624-cü aviabazasının yerləşdiyi “Erebuni” aerodromunda Su-30SM qırıcısı haradandır? O, Rusiya Hava-Kosmik Qüvvələrinə məxsusdur, yoxsa Ermənistana verilib?

Virtualaz.org xəbər verir ki, “Regnum” erməni agentliyi bu məsələ ilə maraqlanıb. Ermənistan Müdafiə Nazirliyindəki mənbə deyib ki, İrəvan Rusiyadan bir neçə Su-30SM qırıcılarının alınması üçün danışıqlar aparır, üstəlik bu danışıqlar xeyli irəliləmiş vəziyyətdədir. Müqavilənin yaxın 1-2 ildə imzalanması gözlənilir.

 

Ermənistanın Su-30SM qırıcıları alacağı haqda şaiyələr hələ 2016-cı ildə erməni KİV-lərində yayılmışdı. Mənbə bildirib ki, Nikol Paşinyanın kabinəsində şəkil çəkdirdiyi qırıcı Rusiyaya məxsusdur. Çox güman ki, Rusiya bu qırıcını təlim-məşq uçuşları üçün aviatexnika qrupunun tərkibində göndərib, eyni vaxtda qırıcının imkanlarını Ermənistan rəhbərliyinə nümayiş etdirmək istəyib.

Su-30SM qırıcısı 4++ sinfinə aiddir, yəni F-22, F-35, Su-57 kimi 5-ci nəsil qırıcılara yaxn hesab edilir. O, həm havada üstünlüyü təmin edə, həm yerüstü hədəflərə yüksək dəqiqlikli raketlərlə zərbələr endirə bilər. Rusiya Hava Kosmik Qüvvələrinin silahlanmasında 100-ə yaxın belə qırıcı var. Hindistan da Rusiyadan 272 Su-30SM qırıcısı alıb.

Ermənistana gəldikdə hazırda bu ölkənin Hərbi Hava Qüvvələrinin qırıcı aviasiyası yoxdur, cəmi 15 Su-25 hücum təyyarələrinə malikdir. “Erebuni”dəki Rusiya aviabazasında isə 18 MiQ-29 qırıcısı dislokasiya olunub. Azərbaycan isə həm çoxsaylı Su-25 döyüş təyyarələrinə, həm MiQ-29 qırıcılarının modernizə edilmiş eskadrilyasına malikdir. Azərbaycanın Ermənistan üzərində havada açıq üstünlüyü xarici hərbi ekspertlər tərəfindən də tanınır. Ermənistan indiyə qədər Azərbaycanın havada üstünlüyünü hava hücumundan müdafiə sistemləri ilə kompensasiya etməyə çalışırdı. Lakin Azərbaycanın İsraildən müxtəlif tipli zərbə-kəşfiyyat pilotsuz təyyarələri alması Ermənistanın HHM sisteminin dayanıqlığını şübhə altına alır. Çünki zenit kompekslərinin mövqeləri pilotsuz təyyarələrlə aşkar edilib məhv edilə bilər.

Digər tərəfdən Azərbaycan Pakistan-Çin birgə istehsalı olan JF-17 qırıcılarının böyük partiyasını almaq üçün çoxdandır danışıqlar aparır. Məlumatlara görə bu təyyarələrin Azərbaycanın sifarişi ilə daha geniş imkanlara malik olan versiyalarının hazırlanması gözlənilir. Nəticədə Ermənistan havada hansısa müqavimət imkanlarına malik olmaq üçün ola bilsin doğrudan da Rusiyadan güzəştli qiymətə bir neçə Su-30SM qırıcısı almaq istəsin. Amma Rusiyanın Ermənistanın indiki rəhbərliyi ilə bağlı şübhələrinin qaldığı bir vaxtda bu texnikanın İrəvana verilməsi ağlabatan görünmür. (virtualaz.org)

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
03:00 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Qarabağa may ayı üçün avtobus biletləri satışa ÇIXARILIR
16:58 25.04.2024
Hamısı