Vilnüs Moskvanın hücumuna hazır olmalıdır.
Bunu Almaniyanın “Der Şpigel” jurnalına müsahibəsində Litva Prezidenti Dalya Qribauskayte deyib.
“Biz müdafiəyə hazır olmasaq, təhlükə böyük olacaq”, - o deyib.
Dövlət başçısının fikrincə, Litva müdafiə olunmaq istədiyini və müdafiə oluna biləcəyini göstərsə, onda heç kəs ona hücum etməyəcək. Litvanın başçısı həmçinin hesab edir ki, Baltikyanı ölkələr və Polşa ilə sərhədlərdə Rusiyanın gücləri NATO güclərini 10 dəfə üstələyir.
Litvanın başçısı artıq dəfələrlə söyləyib ki, Rusiya Baltikyanı ölkələrə hücum edə bilər. O, 2017-ci ildə BMT Baş Assambleyasında müzakirənin gedişatında vurğulayıb ki, Moskva “Qərb-2017” təlimlərində qonşu ölkələrə hücum ssenarilərini yerinə yetirir.
Daha əvvəl Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov “Euronews” telekanalına bildirib ki, Moskvanın Polşa və Baltikyanı ölkələrə hücumu barədə fikirlər NATO-nun Rusiya sərhədlərinə əlavə hərbi kontingentlər yerləşdirməsinə bəraət qazandırmaq cəhdidir.