Tehran ən yaxın həftələrdə nüvə proqramı üzrə Birgə hərtərəfli İş Planından (SVPD) çıxa bilər.
“Tasnim” agentliyi xəbər verir ki, bu haqda İranın Xarici İşlər Nazirliyinin başçısının müavini Abbas Arakçi bildirib.
“İranın gözləməsi sona yaxınlaşdı və tamamilə ehtimal ki, İran ən yaxın həftələrdə nüvə proqramı üzrə Birgə hərtərəfli İş Planını tərk edəcək. Mən deyə bilmərəm ki, Avropa ilə danışıqların davam etdirilməsinin perspektivi aydındır və bu danışıqlar bizi sazişdə saxlaya bilər. Biz hamımız hələ gözləyirik və ümid edirik ki, Avropanın təklifi İranın sazişdən çıxmaması üçün münasib olacaq”, - o əlavə edib.
Abbas Arakçinin sözlərinə görə, Avropa iranlıları Birgə hərtərəfli İş Planına sadiq olduğuna inandırmaq üçün işləməlidir.
Xatırladaq ki, mayın 8-də ABŞ prezidenti Donald Tramp İran və beynəlxalq vasitəçilər (Rusiya, ABŞ, Britaniya, Çin, Fransa və Almaniya) arasında 2015-ci ildə əldə olunan razılaşmadan çıxdıqlarını elan edib. Tramp İrana qarşı bütün sanksiyaların bərpa olunacağını bildirib.
Beynəlxalq vasitəçilərin digər üzvləri ABŞ-ın bu addımına qarşı çıxdılar. Vaşinqtonun Avropadan olan partnyorları bildirdilər ki, əvvəlki kimi İranla sazişin şərtlərinə riayət etmək niyyətindədirlər.