Ötən həftə Suriyadakı Rusiyaya məxsus 11 hərbi təyyarə və helikopter məxsus olduqları aviabazalara geri göndərilib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, təyyarələr uçaraq, helikopterlər isə hərbi nəqliyyat təyyarələri vasitəsilə ölkəyə qaytarılıb.
Qeyd edək ki, Rusiya Dəməşqin tələbi ilə 2015-ci ilin sentyabrında Suriyada İŞİD terror təşkilatına qarşı hərbi əməliyyatlara başlayıb.