5 milyon dedi, əslinə qalsa, 280 min insan mitinqdə iştirak edib.
Bunu Türkiyə Daxili İşlər naziri Süleyman Soylu CHP-nin prezidentliyə namizədi Məhərrəm İncənin mitinqində 5 milyon insanın iştirak etməsi barədə yayılan xəbərlərə münasibət bildirərkən deyib.
Soylu İncənin İstanbul mitinqində 280 min insanın iştirak etdiyini, Ankaradakı mitinqə isə 2 milyon deyil, 75 min vətəndaşın gəldiyini bildirib.