150 suriyalı miqrantı daşıyan qayıq Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Karpaz yarımadasındakı Yeni Erenköy qəsəbəsinin sahilinə yaxın ərazidə batıb.
Türkiyə və ŞKTC xilasediciləri 103 nəfəri xilas edib, 19 miqrantın isə cəsədi tapılıb. Hazırda 30 nəfər axtarılır.
Məlumata görə, qayıq sahildən 16-17 dəniz mili məsafəsində batıb.