Amur vilayətinin Blaqoveşens vilayəti rəhbərliyi fövqəladə vəziyyət elan edib.
Fövqəladə vəziyyət qeyri-sabit hava şəraiti ilə əlaqədar elan olunub. Belə ki, güclü küləklə müşayiət olunan yağışla bağlı sakinlərə xəbərdarlıq da edilib.
Aramsız yağan yağışların çaylarda sululuq səviyyəsini artırmaqla daşqınlara səbəb olacağı proqnozlaşdırılır.