Əfqanıstanın paytaxtı Kabildə beynəlxalq aeroportun yaxınlıqda terror aktı törədilib.
“İnterfaks” agentliyi xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyinin nümayəndəsi Nəcib Danişin sözlərinə görə, terror aktı nəticəsində ən azı 10 nəfər həlak olub.
“Biz təsdiq edə bilərik ki, kamikadzenin özünün partlatması nəticəsində 10 nəfər həlak oldu”, - o deyib.
Terror aktının hədəfi Əfqanıstana qayıtmış ölkənin vitse-prezidenti Əbdül Rəşid Dostumun olduğu avtomobil korteji olub. Dostum Əfqanıstana Ankaradan çarter reysi ilə qayıdıb. O, 2017-ci ilin mayından Türkiyədə sürgündə yaşayırdı.