Moskvanın Böyük Tatar küçəsində baş verən ağır yol-nəqliyyat hadisəsinin görüntüləri yayımlanıb.
Müşahidə kameralarının çəkdiyi görüntüləri REN TV yayıb.
Videoda yüksək sürətlə hərəkət edən “Mersedes” markalı avtomobilin taksiyə çırpılması və bundan sonra hər iki minik maşınının dayanacaqda dayanmış avtomobillərə dəyməsi əks olunub.
Qeyd edək ki, hadisə nəticəsində 8 avtomobil zərər görüb, 2 nəfər xəsarət alıb.