Türkiyə hüquq-mühafizə orqanları Ankarada Amerika səfirliyinə atəş açmaqda şübhəli bilinən 2 nəfəri saxlayıb.
Bu haqda “Anadolu” agentliyi məlumat yayıb.
Ahmed Çelik və Osman Gündaş hücum zamanı istifadə etdikləri 9 mm kalibrli tabanca və 06 BDP 502 nömrəli avtomobillə birlikdə saxlanılıb. Şübhəlilər ilk ifadələrində hücumu birlikdə etdiklərini bildriblər.
Qeyd edək ki, bu gün yerli vaxtla saat 5:30-da ağ rəngli minik avtomobilindən səfirliyə altı dəfə atəş açılıb. Güllələr metal qapıya və diplomatik missiyanın mühafizəçilərinin istifadə etdiyi tikilinin şüşəsinə dəyib. Heç kim zərər çəkməyib.
Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın Amerika səfirliyinə atəşi xaos yaratmaq cəhdi adlandırıb.