Şimali İrlandiyanın cənub-şərqindəki Morn dağında başına qoyun düşən məktəbli huşunu itirib və xəstəxanaya yerləşdirilib.
Belə ki, bir qrup yeniyetmə dağa yürüşə yolanıb. Onlar qayalar arasındakı dərəyə çatanda yuxarıdan qoyun düşüb. Başına qoyun düşmüş məktəbli huşunu itirib, yıxılıb.
Qrup dərhal hadisə yerinə xilasediciləri çağırıb.
Başından, boynundan, belindən, qarnından və ayaqlarından zədə almış məktəbli xərəklə yola qədər aparılıb. daha sonra isə məktəblini təcili yardım maşını hospitala çatdırıb.
Qəribəsi isə odur ki, yerə düşən qoyun ölməyib. O, dərhal duraraq qaçıb.