Madrid metrosunda sərnişinlərdən birinin çantasında olan noutbukun partlaması nəticəsində cihazın sahibəsi də daxil olmaqla 6 nəfər yüngül xəsarət alıb.
Eurasia Diary report-a istinadən xəbər verir ki, partlayışdan sonra bunu terror hücumu zənn edən sərnişinlər vahiməyə düşüblər. Hadisə yerinə polis və tibb işçiləri cəlb olunub.