Eurasia Diary "Xinhua"ya istinadla xəbər verir ki, ABŞ hərbi qüvvələri itmiş rus təyyarəsinin Aralıq dənizi üzərində səhvən Suriya qüvvələri tərəfindən vurulduğunu iddia edir.
14 nəfərlik heyəti daşıyan Rusiyaya məxsus hərbi təyyarə bazar ertəsi radardan itib.
Bazar ertəsi günü Suriya mediyası Latakiyaya raket zərbələrinin endirilməsi barədə məlumat yaymışdı. Suriya höküməti hücumun arxasında kimin dayandığını bildirməsə də mediya İsraili günahlandırırdı. Qeyd edək ki, təyyarənin itməsi ilə həmin hücumun başlaması eyni zamana təsadüf edir.
Bazar ertəsi Pentaqon rəsmisi Suriyaya edilən hücumların ABŞ tərəfindən edilmədiyi barədə açıqlama yaymışdı.
Rusiya müdafiə nazirliyi təyyarənin axtarışlarının başlanması barədə xəbər verib.