Eurasia Diary İran dövlət televiziyasına istinadən xəbər veri ki, Tehran-Kirman yolunda hərəkət edən avtobus İsfahanın Kəşan və Netenz bölgələri arasında gecə saatlarında yanacaq daşıyan maşınla toqquşaraq yoldan çıxıb. Alova bürünən avtobus tamamilə yanıb.
Hadisə nəticəsində 19 nəfər ölüb, 27 nəfər yaralanıb.
Hadisə yerinə səhiyyə və xilasetmə qruplarının gəldiyi və yaralananların Kaşan Dövlət Xəstəxanasına aparıldığı deyilir.