Rusiya Prezidenti Vladimir Putin Ermənistana səfəri zamanı eks-prezidentlərlə görüşə bilər.
Eurasia Diary axar.az-a istinadən xəbər verir ki, bu iddia ilə “Jamanak” qəzeti çıxış edib.
“Putin İrəvanda Robert Köçəryan və Serj Sərkisyanla görüşəcək. Əgər o, Ermənistana bu şəxslərlə görüşə gəlirsə, o zaman onun gəlməməsi daha yaxşı olardı. Ona görə ki, bu görüşdən sonra Köçəryanın həbsi Ermənistan-Rusiya münasibətlərində böyük problem olacaq”, – deyə qəzet bildirib.