Eurasia Diary "Reuters"ə istinadla xəbər verir ki, Şimali Koreya lideri Kim Çen İn və Cənubi Koreya prezidenti Mun Çze İn arasında keçirilən zirvə sonrası ortaq şəkildə 2032 Olimpiya Oyunlarına ev sahibliyi etməyə razılaşıblar.
Bəyanatda həmçinin, 2020-ci ildə Tokyoda keçiriləcək Olimpiya Oyunları da daxil olmaqla, beynəlxalq yarışlarda "birgə iştirak etmək" barədə razılığa gəldiklərini söyləyiblər.