Dünən iki Koreya liderlərindən əlavə ölkələrin müdafiə nazirləri də müəyyən razılıqlara imza atıblar. Bu barədə Eurasia Diary "Reuters"a istinadla xəbər verir. Belə ki, iki ölkə arasında sərhəd bölgəsində atışmalar dayandırılacaq və Sarı dəniz ətrafında bufer zona yaradılacaq.
Onlar qarşılıqlı inam göstərərək 2018-ci ilin sonuna qədər sərhəd mühafizə postlarının ləğvinə qərar verdilər. Kim Çen İn bu sammiti belə şərh etmişdir: “Pxenyan zirvə görüşlərində əldə olunan razılıqlar sülh və çiçəklənmə erasını inkişaf etdirəcək”.