Kerç şəhərində kollecdə baş verən partlayış və atışma nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.
Eurasia Diary-nin məlumatına görə, bu barədə "TASS"a şəhər administrasiyasının rəhbərinin müavini Dilavər Melqaziyev bildirib.
Atışma və partlayış nəticəsində azı 50 nəfər xəsarət alıb. Onlardan 10-nun vəziyyəti ağırdır.
Ötən gün Kerç şəhərində kollecdə 18 yaşlı 4-cü kurs tələbəsi Vladislav Roslyakov tələbəri atəşə tutub, daha sonra isə kollecin yeməkxanasında əldəqayırma qurğu partladıb. V.Roslyakovun cəsədi kollecin ikinci mərtəbəsində yerləşən kitabxanada tapılıb. O, insidentdən sonra intihar edib.
Rusiya Səhiyyə Naziri Veronika Skvortsova baş verən hadisə ilə bağlı açıqlamada söyləyir: "Həlak olan 20 nəfərin 15-i tələbə və 5-i isə kollec işçisidir. 15 nəfər tələbədən 11-i isə 18 yaşından aşağı yeniyetmələrdir".
Şəhərdə 3 günlük matəm elan edilib.
***
Eurasia Diary xəbər verir ki, Krımda partlayış zamanı həlak olanların sayı 18-ə çatıb.
Kollecin direktoru Olqa Qrebnikova baş verənlər barədə açıqlama verir: "Hər yerdə uşaq cəsədləri var. Bu əsl terrorist aktıdır. Mən çıxandan 10 dəqiqə sonra partlayış baş verdi, şüşələr və qırıntılar havaya uçurdu". "Daha sonra onlar ikinci mərtəbəyə çıxdılar və partladıcı atdılar daha sonra silah səsləri gəldi. Onlar qarşılarına çıxanlara atəş açırdı".
***
Eurasia Diary xəbər verir ki, Krımdakı bir kollecdə partlayış baş verib.
Nəticədə 10 nəfər ölüb, 50 nəfər yaralanıb. Polisdən mətbuata verilən açıqlamada partlayışa səbəb kimi qaz sızması göstərilib.
Hadisə yerində araşdımalar davam edir.