Vaşinqton orta və yaxın mənzilli raketlərlə bağlı müqavilədən geri çəkiləcək.
Eurasia Diary xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
Tramp belə bir qərar verməsinə səbəb kimi Rusiyanın müqavilənin şərtlərinə əməl etməməsini göstərib.
Qeyd edək ki, sözügedən müqavilə 1987-ci ildə Sovet İttifaqı ilə ABŞ arasında imzalanıb.