Təzyiqlər, zorakılıq və terror hədələrindən sonra Əfqanıstanda keçirilən parlament seçkilərində səslərin sayılması başlanmışdır.
Uşaqlar da daxil olmaqla 50-yə yaxın insanın həlak olması ilə nəticələnən hücumlara baxmayaraq 8.8 milyon qeydə alınmış seçicidən 4 milyon vətəndaş səsvermədə iştirak edib.
Gələn şənbə günü isə Qəndahar vilayətində seçkilər keçiriləcək. Rəsmi nəticələrin Dekabr ayında elan olunacağı təxmin edilir.