Eurasia Diary xəbər verir ki, Avstraliya Baş Naziri Skot Morison ölkədə on minlərlə uşağın kilsələrdə papazlar tərəfindən cinsi istismar olunması faktına görə hadisə qurbanlarından rəsmi şəkildə üzr istəyib.
Morison parlamentdəki "üzr çıxışında" bildirib ki, "Bu gün nəhayət ki, uşaqların hayqırtısı ilə qarşılaşır və qəbul edirik. İstismar olunan uşaqların və valideyinlərinin səslərini niyə indiyədək eşitməmişik? Biz istismar olunan uşaqlarımızdan və valideyinlərindən üzr istəyəcək qədər təvəzökar olmalıyıq". Morisonun çıxışından sonra parlament tətqiqatlar nəticəsində cinsi istismar edildiyi sübuta yetirilən uşaqlar və valideyinlərinə kompensasiya ödənilməsi haqda qərar qəbul edib.