Jurnalist Camal Qaşıqçının cəsədinin parçaları quyuda tapılıb.
Eurasia Diary xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Vətən Partiyasının rəhbəri Doğu Perinçek söyləyib. Onun sözlərinə görə, cəsədin aşkarlandığı quyu Səudiyyə Ərəbistanı Konsulluğu ərazisində yerləşir.
O, Ərdoğanın bu gün bunun barədə açıqlama verəcəyini deyib.