Çində qeydə alınmış bir videogörüntüdə səkinin dağılaraq bir qadını “udması” görüntülənib.
Eurasia Diary xəbər verir ki, bu görüntüləri CGTN telakanalı yayımlayıb.
İnsident bazar günü Qansu vilayətinin Lancjou şəhərində baş verib. Videoçarxda səkinin anidən çökməsi və yol keçən qadının yarılan torpağa gömülməsi görüntülənib. Polislər zərərəçəkmiş qadını xilas ediblər. Onun qabırğalarının sındığı məlum olub.