Türkiyə İtaliyada keçirilən Liviya konfransını tərk edib.
Eurasia Diary xəbər verir ki, bu barədə Türkiyə prezidentinin köməkçisi Fuad Oqtay danışıb.
“Təəssüf ki, beynəlxalq ictimaiyyət bu sabah həmrəy ola bilmədi. Bəziləri İtaliyanın ev sahibliyindən sui-istifadə edərək prosesə təktərəfli müdaxilə etmişdir. Bəzi ölkələrin prosesi öz mənafeyi üçün zədələməyə çalışdığı müddətdə Liviyada sabitlik yaradıla bilməz. Liviyanın daha çox deyil, daha az xarici müdaxiləyə ehtiyacı var”, - Oqtay bildirib.