Əgər Çin öz davranışlarını dəyişməsə, onu ABŞ və tərəfdaşları ilə total soyuq müharibə gözləyir.
Eurasia Diary RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu "Washington Post" qəzetinə müsahibəsində ABŞ-ın vitse-prezidenti Mayk Pens deyib.
O bildirib ki, Çinin "ən yaxşı (əgər sonuncu deyilsə) şans"ı ABŞ ilə soyuq müharibə ssenarisindən qaçmaqdır – bu, onun iqtisadi, hərbi və siyasi fəaliyyətində böyük dəyişikliklərə" gətirib çıxaracaq.
"Düşünürəm ki, bunun böyük hissəsi Argentinadakı görüşdən asılı olacaq", - deyə Pens ABŞ prezidenti Donald Trampın Buenos-Ayresdə Çin sədri Si Szinpinlə planlaşdırılan görüşünü nəzərdə tutaraq bildirib.
Pekin ABŞ-la soyuq müharibədən qaçmayacağı təqdirdə nə baş verəcək sualına, Pens belə cavab verib: "Deməli, belə də olmalıdır".