İranda edamlar davam edir - Korrupsiyaya görə... | Eurasia Diary - ednews.net

15 Dekabr, Şənbə


İranda edamlar davam edir - Korrupsiyaya görə...

Dünya A- A A+

 İranda korrupsiya və maliyyə fırıldağında ittiham olunan qızıl-ziynət taciri Vahid Məzlumin və həmkarı Məhəmməd İsmayıl Qasimi edam olunublar. 

Eurasia Diary İran KİV-inə istinadən xəbər verir ki, İslam İnqilab Məhkəməsinin onlarla bağlı çıxardığı qərarı Ali Divan Məhkəməsi təsdiqləyib.

Edam hökmü noyabrın 14-də səhər tezdən icra edilib.

Vahid Məzlumin və Məhəmməd İsmayıl Qasimi Cinayət Məcəlləsinin İranın iqtisadi sistemini pozmaq maddəsi ilə ittiham olunublar. 

Qeyd edək ki, İran Məhkəmə Sisteminn sözçüsü, ETTELAAT-ın keçmiş başçısı Qulamhüseyn Möhsün-Ejeyi yerli televiziyaya müsahibəsində “dünyada korrupsiya yaymaqda” şübhəli bilinən ölkənin 3 vətəndaşı barəsində edam hökmü çıxarıldığını bildirmişdi. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...